Bu sahələrdə çalışanların maaşı belədir – Siyahı

16:27 - 21.10.2020


21 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi bu ilin yanvar-avqust aylarında ölkә iqtisadiyyatında muzdla çalışanların işçilәrin orta aylıq nominal әmәkhaqqının 710,2 manat təşkil etdiyi barədə hesabat yayıb.

ABC.AZ hesabata istinadən xəbər verir ki, sözügedən dövrdə əməkhaqqı neft-qaz sektorunda 3443,8 manat, qeyri neft-qaz sektorunda 650,9 manat olub.

Dövlәt müәssisәlәrindә çalışan işçilәrin әmәkhaqları 625,4 manat, özәl müәssisәlәrdә isә 817,9 manatdır. Mәdәnçıxarma sәnayesindә, maliyyә vә sığorta fәaliyyәti, peşә, elmi vә texniki fәaliyyәt, informasiya vә rabitә, elәcә dә nәqliyyat vә anbar tәsәrrüfatı sahәlәrindә orta aylıq nominal әmәkhaqqı ölkә üzrә orta göstәricidәn yüksәk olub.

Müəllif: Elmir Murad

 

Вся лента