Bu gün Bakının mərkəzi hissəsinə su verilişi dayandırılacaq

08.02.2018,11:26


8 fevral, Fineko/abc.az. “Azərsu” ASC  bu gün paytaxtda su verilişində  fasilələrin olacağı barədə xəbərdarlıq edir.

ASC-in məlumatında deyildiyi kimi, “Azadlıq prospekti” metro stansiyasının  yaxınlığından keçən magistral su xəttinin yerinin dəyişdirilməsi ilə bağlı, bu gün  Bakının bəzi hissələrində  su verilişi dayandırılacaq.

“Gün ərzində Dilarə Əliyeva, Rəşid Behbudov, Salatın Əsgərova, Nizami küçələrinə, həmçinin Süleyman Rüstəm, Bakıxanov, Şəmsi Bədəlbəyli, İbrahimpaşa Dadaşov, Xəqani küçələri, Bülbül və Azərbaycan prospektlərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır”, - məlumatda belə deyilir.

 

Ключевые слова: Azərsu