Azərbaycan Dövlət Neft Fondunun aktivləri 8,02% artıb

11:34 - 8.02.2018


8 fevral, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri  2018-ci ilin yanvarın 1-nə 8,02% artıb.

Fonddan  verilən məlumata görə, Fondun aktivləri hesabat dövrü ərzində 33147,0 milyon dollardan 35806,1 milyon dollara qədər artıb, gəlirləri 12 137,5 milyon manat, xərcləri isə 11 015,5 milyon manat həcmində qiymətləndirilmişdir.

2017-ci il ərzində ARDNF-nin gəlirlərinin əsasını neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirlər təşkil etmişdir (11 053,9 milyon manat), o cümlədən mənfəət neftinin və qazın satışından   11 030,0 milyon manat, bonus ödənişləri 2,4 milyon manat, akrhesabı ödənişləri 3,6 milyon manat, tranzit gəlirləri 17,9 milyon manat  təşkil etmişdir.

Keçən il ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 083,6 milyon manat təşkil etmişdir.Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 876,2 milyon manat təşkil etmişdir.

6 100,0 milyon manat vəsaitin dövlət büdcəsinə transfert edilməsi  xərclərin əsasını təşkil etmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 105,0 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 70,0 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 20,5 milyon manat vəsait ayrılmışdır, 17,0 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilmişdir. . Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə daha 3 949,5 milyon manat Azərbaycan Respublikasının Mərkəzi Bankına transfert edilmişdir. "Star" neft emalı kompleksinin tikintisinə 735,4 milyon manat vəsait ayrılmışdır. 2017-ci il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 18,1 milyon manat təşkil etmişdir.

 

 

Вся лента