İlham Əliyev 3 ölkə XİN rəhbərlərinin görüşündən danışıb

15:00 - 22.10.2020


22 oktyabr, Fineko/abc.az. Bildiyiniz kimi Prezident İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı müsahibədə bəzi məqamlara toxunub və Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa Ermənistan və Azərbaycan arasında olan münaqişənin həll yolunu tapmaq üçün mandatı olan Minsk qrupunun üç həmsədr ölkələri olduğunu xatırladıb.

Prezident qeyd edib ki, ona görə bizim nazirlərimizin bu üç paytaxtda görüşməsi təbiidir.

"Bu cür görüşlər əvvəllər dəfələrlə olmuşdur. Bilirsiniz ki, Moskvaya da səfər edilmişdir, orada da görüş olmuşdur. Beləliklə, bu, münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqların davamıdır" deyə dövlət başçısı qeyd edib.

 

Вся лента