Doqquz ayda bu qədər kartof istehsal olunub – Hesabat

15:28 - 22.10.2020


22 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın təsərrüfatlarında 950,5 min ton kartof istehsal olunub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 1,1% artıb.

Hesabat dövründə ölkədə tərəvəz məhsullarının istehsalı ötən ilin doqquz ayı ilə müqayisədə 6,4% artaraq 1 536,0 min ton təşkil edib.

Müəllif: Elmir Murad

 

Вся лента