Ləğv edilmiş “DəmirBank”ın əmanətçilərinə bir həftə ərzində 27 milyon manatlıq kompensasiya ödənilib

11:45 - 8.02.2018


8 fevral, Fineko/abc.az.  Azərbaycanda ləğv edilmiş “DəmirBank”ın əmanətçilərinə  bir həftə ərzində 27 milyon manatdan artıq kompensasiya verilib.

Azərbaycanın Əmanətlərin Sığortalanması Fondundan (AƏSF) xəbər verildi ki, kompensasiyalar əmanətçilərə fevralın birindən yeddisinə qədər verilmişdir.

“KapitalBank”ın filiallarında həyata keçirilən kompensasiya ödənişi il ərzində davam edəcək”, - deyə  məlumatda qeyd edilir.

 

 

Вся лента