Meyvə və tərəvəz ixracı artıb – 9 ayın hesabatı

16:21 - 22.10.2020


22 oktyabr, Fineko/abc.az. Bu ilin 9 ayında Azərbaycandan ixrac olunan meyvə və tərəvəzin həcmi açıqlanıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yanvar-sentyabr aylarında ölkədən 397,3 min ton meyvə-tərəvəz ixrac olunub.

Hesabat dövründə ixrac edilən meyvə-tərəvəzin dəyəri 402,1 milyon dollar olub.

Müqayisə üçün qeyd edək ki, ötən ilin doqquz ayında 389,8 milyon dollar dəyərində 390,1 min ton meyvə-tərəvəz ixrac edilib.

 

Вся лента