Telman Əliyev Caspian European Club-un baş icraçı direktoru təyin edilib

08.02.2018,12:11


Bu barədə Caspian European Club-un yaydığı press-relizdə məlumat verilib. Ali rəhbərliyin bu qərarı Caspian European Club tərəfindən keçirilən beynəlxalq tədbirlərin coğrafiyasının genişlənməsində və xarici nümayəndəliklərin yaranmasında mühüm və zəruri addım olaraq qəbul edilib.

Bu vaxta kimi Caspian European Club-un baş icraçı direktorunun vəzifələrini icra edən Mustafa Abbasbəyli Polşada Caspian European Club nümayəndəliyinin rəhbəri və Caspian Energy Poland-ın icraçı direktoru təyin edilib.

Əliyev Telman Eldar oğlu 1976-cı il avqustun 3-də Bakı şəhərində anadan olub. Əmək fəaliyyətinə 1991-ci ildə “Pionerskya pravda”, “Komsomolskaya pravda” və “Molodyoj Azerbaydjana” qəzetlərində ştatdankənar müxbir kimi başlayıb. İlk dəfə 1988-ci ildə “Pionerskaya pravda” qəzetində çap olunub.

1991-ci ilin dekabrında bir qrup jurnalist və sinif yoldaşları ilə ilə birgə “Molodyoj Azerbaydjana” qəzetinin bazasında DİNA (DİNA İnternational) adlı sosial araşdırmalar və ictimai rəyin tədqiqi agentliyi yaradıb.

1999-cu ildə rebrendinq və təsisçilər heyətində aparılan dəyişikliklər nəticəsində şirkətin adı dəyişdirilərək Caspian Energy Marketing qoyulub.

1993-cü ildən Xəzər-Qara dəniz və Baltik regionlarındakı iqtisadi proseslərin işıqlandırılması və irəli çəkilməsi ilə məşğul olan bir sıra elektron və çap kütləvi informasiya vasitələrinin, internet portallarının, marketinq və konsaltinq şirkətlərinin yaradılmasının təşəbbüşçüsü, rəhbəri və məsləhətçisidir.

1998-ci ildə Hərbi Akademiyanı bitirib.

1999-2006-cı illərdə Caspian İnternational Media Group-un prezidenti olub. 2006-cı ildə Caspian Energy International Media Group-un baş məsləhətçi vəzifəsində çalışıb. 2011-ci il mayında Caspian Energy International Media Group-un direktorlar şurasının sədri seçilib.

2001-ci ildən Azərbaycan, Rusiya, Qazaxıstan, Gürcüstan, Türkiyə və Aİ dövlətlərində marketinq, brend-menecmentlik, PR və hökumətlə əlaqələr üzrə neft şirkətlərinin, maliyyə və sənaye qruplarının konsultantıdır.

2003-cü ilədək fəal kommersiya fəaliyyəti ilə məşğul olub.

2008-ci ildən “Nadir qabiliyyətlərin tətqiqi və inkişafı” mərkəzi çərçivəsində idmançıların beynəlxalq yarışlardakı nəticələrinin yaxşılaşdırılması məqsədilə ictimai əsaslarla Azərbaycan, Qazaxıstan və Gürcüstanın idman federasiyaları ilə psixoloq və krizis-menecer qismində əməkdaşlıq edir.

2002-2013-cü illərdə Caspian Eurpean Club-un prezidenti və baş icraçı direktoru olub.

2013-cü il aprelin 5-dən Caspian European Club-un baş icraçı direktorudur.

2015-ci il dekabrın 16-dan Caspian European Club-un Sədrin birinci müavini və baş icraçı direktorudur.

2016-cı il dekbarın 24-dən Caspian American Club-un Sədrin birinci müavini və baş icraçı direktorudur.

2017-ci il noyabrın 15-dən Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavinidir.

Ailəlidir, dörd övladı var.

Caspian European Club Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev cənablarıdır.

Yarandığı ilk gündən Caspian European Club neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə yardım edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır. şdirən Caspian European Club dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları

Ключевые слова: Caspian European Club Telman Əliyev