Azərbaycandan İrana ixrac artıb, idxal isə azalıb – Hesabat

15:06 - 23.10.2020


23 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi yanvar-sentyabr ayları ərzində Azərbaycanın İran ilə apardığı ticarət mübadiləsinin həcmi 240 384,2 min ABŞ dolları təşkil edib.

ABC.AZ Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, sözügedən dövrdə Azərbaycandan İrana ixracın həcmi 30 076,8 min dollar təşkil edib.

Bu da illik müqayisədə 2 327,92 min dollar və ya 8,4% çoxdur. İdxalın həcmi isə 210 307,4 min dollara bərabər olub ki, bu göstərici illik müqayisədə 152 606,84 min dollar və ya 42% azalıb.

Müəllif: Elmir Murad

 

Вся лента