“Yeni Azərbaycan” iqtidar partiyası növbədənkənar prezident seçkilərinə İlham Əliyevin namizədliyini irəli sürdü

08.02.2018,15:51


8 fevral, Fineko/abc.az. Bu gün “Yeni Azərbaycan” iqtidar partiyasının VI qurultayı keçirildi.

Qurultayda ötən dövr üzrə hesabatlar dinlənildi, partiyanın rəhbər strukturları formalaşdırıldı, həmçinin növbədənkənar prezident seçkilərinə namizəd irəli sürüldü.

“Yeni Azərbaycan” partiyası növbədənkənar prezident seçkilərinə İlham Əliyevin namizədliyini irəli sürdü. İlham Əliyev, ona göstərilən etimada görə minnətdarlığını bildirdi.

1992-ci ildə yaranmış partiyanın sonuncu qurultayı 2013-cü ildə keçirilmişdir. Hazırda partiyanın sədri Azərbaycan prezidenti İlham Əliyevdir.

Azərbaycanda növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-də keçiriləcək.

 

Ключевые слова: Yeni Azərbaycan İlham Əliyev