Əcnəbilər ən çox bu rayonlardakı mehmanxanalarda qalıb - Siyahı

15:34 - 27.10.2020


27 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi yanvar-sentyabr ayları üzrə turizm və mehmanxanaçılıq sektoru ilə bağlı bəzi göstəriciləri açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, 9 ayda əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 76,6%-i Bakıda, 6,7%-i Qusarda, 4,6%-i Qəbələdə, 4,2%-i Naftalanda, 3,5%-i Naxçıvan Muxtar Respublikasında, 2,3%-i Qubada, 2,1%-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Azərbaycan vətəndaşları üzrə mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə 52,8% azalaraq 435,5 min olub.

 

Вся лента