Azərbaycan Turizm Assosiasiyası marketinq kursları təşkil edir

12:06 - 9.02.2018


9 fevral, Fineko/abc.az. Azərbaycan Turizm Assosiasiyası bazarda göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməyi davam edir.

AzTa-nın İdarə Heyətinin üzvü Göydəniz Qəhrəmanovun sözlərinə görə, hazırda Assosiasiya  ildə iki dəfə ekskursiya rəhbərləri üçün kurslar  təşkil edir.

“Bu ildən başlayaraq Assosiasiya ilk dəfə marketinq kursları keçirəcək”, - G.Qəhrəmanov belə deyib.

 

 

 

Вся лента