Türk Lirəsi dəyərdən düşməkdə davam edir

11:09 - 28.10.2020


28 oktyabr, Fineko/abc.az. Türkiyə Mərkəzi Bankının son yığıncağında Türk lirəsi faizini artırmaması və siyasi narahatlıqlar səbəbindən dəyərdən düşməkdə davam edir.

ABC.AZ xəbər verir ki, Dollar/TL məzənnəsi 8.20 səviyyəsini də aşıb və hazırda 8.2059 səviyyəsində qərarlaşıb.

Ekspertlər Türk lirəsinin dəyərdən düşməsini qardaş ölkənin Avropa Birliyi və ABŞ-la yaşadığı gərginlikdən qaynaqlandığını bildirir. Onlar hesab edir ki, Türkiyə və sözügedən ölkələr arasındakı soyuq münasibət bitməsə Lirə daha da çox dəyərdən düşə bilər.

Müəllif: Elmir Murad

 

Вся лента