“AGBank” nizamnamə kapitalını artırır

15:29 - 9.02.2018


9 fevral, Fineko/abc.az. Bankın kapital mövqeyinin məhkəmləndirilməsi məqsədilə  “AGBank” ASC tərəfindən 7 mln. manat məbləğində adi səhmlərin emissiya edilməsi qərara alınıb.

Bununla bağlı, bankın kütləvi təklif üsulu ilə yerləşdirilən nominal dəyəri 2 manat olan 3,5 milyon ədəd adı, sənədsiz, adlı səhminin emissiyasının dövlət qeydiyyatına alması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edilib.

Məlumat üçün qeyd edək ki, bankın Səhmdarlarının 4 mart 2016-cı il tarixli növbədənkənar ümumi yığıncağında bankın Nizamnamə kapitalı 77,2  mln. manat artırılaraq 102,2 mln. manata çatdırılıb

Yeni səhm emissiyasından sonra bankın nizamnamə kapitalı 109,2 mln. manat qədər yüksələcək. 2018-ci ilin sonuna qədər isə bankın nizamnamə kapitalının 125 mln. manata qədər artırılması gözlənilir.

 

Вся лента