Azərbaycan daxili dəmir yolu şəbəkəsinin genişləndirilməsi üçün kredit cəlb etməyəcək

09.02.2018,16:13


9 fevral, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC daxili dəmir yolu şəbəkəsini genişləndirmək üçün bir sıra geniş miqyaslı layihələrin gerçəkləşdirilməsinə hazırlaşır.

“Azərbaycan Dəmir Yolları” QSC-in sədri Cavid Qurbanov bildirib ki, dəmir yollarının tikintisi və yenidən qurulması üçün dövlət büdcəsindən 369 milyon manat ayrılıb.

“Bu məbləğdən 100 milyon manat bu il, qalan məbləğ isə növbəti illərdə “Azərbaycan Dəmir Yolları”na təqdim ediləcək”, - bunu C.Qurbanov deyib.

 

Ключевые слова: Dəmir Yolları