Azərbaycan Kredit Bürosu ikitərəfli müqavilələri tənzimləmək üçün qaydalar hazırlayır

17:25 - 9.02.2018


9 fevral, Fineko/abc.az. Azərbaycan Kredit Bürosu yeni qaydalar işləyib hazırladı.

Azərbaycan Kredit Bürosunun (AKB) baş direktoru Elçin Həbibov bildirib ki, söhbət, ikitərəfli müqavilələrin tənzimlənməsi üçün qaydalardan gedir.

“Həmin qaydalar banklara və bank olmayan kredit təşkilatlarına artıq göndərilmiş və rəylər alınmışdır. Hazırda rəylərin ümumiləşdirilməsi və yekun hala salınması üzərində işləyirik. Yaxın günlərdə sənədlər tamamlanacaq və Müşahidə Şurasında müvafiq qərar qəbul olunacaq”, - bunu E.Həbibov dedi.

 

 

Вся лента