330x110
 

Bağlanmış bankların əmanətçilərinə 551 milyon 510 min manat kompensasiya ödənilib

02.11.2020,10:46


2 noyabr, Fineko/abc.az. Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) indiyə qədər ləğvedicisi olduğu “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBC Bank” ASC-lərin 23 min 570 qorunan əmanətçisinə 551 milyon 510 min manat kompensasiya ödəyib.

ABC.AZ Fonda istinadən xəbər verir ki, “Atabank”ın 9,5 min əmanətçisi 221 milyon manat, “Amrah Bank”ın 5,7 min əmanətçisi 133,8 milyon manat, “AGBank”ın 4,3 min əmanətçisi 81,5 milyon manat, “NBC Bank”ın isə 4 min əmanətçisi 115,2 milyon manat kompensasiya alıb.

Qeyd edək ki, “Atabank” və “Amrah Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.

“AGBank” və “NBC Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə isə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.