330x100
 

“AccessBank”ın humanitar yardım aksiyası davam edir

02.11.2020,11:36


2 noyabr, Fineko/abc.az.  “AccessBank” Qarabağ ətrafında baş verən hadisələrlə əlaqədar olaraq ön cəbhədə vuruşan, həmçinin əməliyyatlar zamanı yaralanmış və xəsarət almış hərbiçi və dinc sakinlərə humanitar yardımlar göndərməyə davam edir. Növbəti yardım paketinə isti və xüsusi geyimlər, tibbi ləvazimatlar və gigiyenik vasitələr daxildir. Bank yardım kampaniyasını Qarabağda sülh bərqərar olanadək davam etdirəcək. 

 

Bundan başqa, korporativ sosial məsuliyyət prinsipinə sadiq qalaraq, “AccessBank”ın əməkdaşlarının təşəbbüsü ilə Bank daxilində “Əsgərə sovqat” kampaniyasına da başlanılıb. Kampaniya çərçivəsində Bankın giriş və çıxışlarında əsgərlərə göndərmək üçün nəzərdə tutulmuş qutular yerləşdirilib. Bank əməkdaşları şəxsi istəkləri ilə aldıqları sovqatları və əsgərlərə yazdıqları məktubları bura təhvil verə bilərlər. Qutular mütəmadi olaraq cəbhəyə göndərilir. 

Ключевые слова: Accessbank