Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 13%-ə qədər endirdi

12:21 - 12.02.2018


12 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 12-dən uçot dərəcəsini 15%-dən 13%-ə endirdi.

Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirdi ki,  həmçinin, faiz dəhlizinin  aşağı (10%-dən 8%-ə qədər)  və yuxarı (18%-dən 16%-ə qədər) hədləri də endirildi.

“Uçot dərəcəsi, ölkədəki orta illik inflyasiyanın bir rəqəmli səviyyəyə qədər enməsi və xarici balansın yaxşılaşdırılması üzrə proqnoz nəzərə alınmaqla endirilmişdir”, - deyə E.Rüstəmov bildirdi.

Onun sözlərinə görə,  bank faiz dərəcələrinin real səviyyəsi müsbət zonada saxlanılarsa, o zaman, uçot dərəcəsinin əlavə endirilməsi mümkündür.

 

Вся лента