Azərbaycanda sığortalanmış əmanətlərin maksimal dərəcəsi azala bilər

12.02.2018,12:50


12 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı sığortalanmış əmanətlər üzrə maksimal dərəcənin 13%-ə qədər azalmasını istisna etmir.

AMB-nın  İdarə Heyətinin sədri Elman Rüstəmovun sözlərinə görə, faiz dərəcəsinin endirilməsi, uçot dərəcəsinin 13%-ə qədər endirilməsi nəticəsində ola bilər.

“Hər halda, maksimal faiz dərəcəsinin endirilməsi haqqında qərarı  Azərbaycan Əmanətlərin Sığortalanması Fondu qəbul edəcək”, - deyə E.Rüstəmov bildirdi.

 

Ключевые слова: maksimal dərəcəsi