Bakı-Tbilisi-Bakı sərnişin qatarının hərəkət sürəti artırıldı

12.02.2018,14:29


12 fevral, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” (ADY) QSC  Bakı-Tbilisi-Bakı sərnişin qatarının hərəkət cədvəlinin dəyişilməsini elan edib.

ADY-ın məlumatında deyildiyi kimi,  Bakı-Böyük Kəsik mənzilində sürətin artırılması ilə əlaqədar olaraq, fevralın 15-dən etibarən Bakı-Tbilisi-Bakı qatarının hərəkət cədvəli dəyişilir.

“Yeni cədvələ əsasən, qatar Bakıdan saat 21-50-də yola düşməklə Tbilisiyə saat 10-30-da (10-50 əvəzinə) çatacaq. Tbilisidən saat 20-35-də (19-45 əvəzinə) yola düşəcək və Bakıya saat 9-00-da çatacaq”, - məlumatda belə deyilir.

 

Ключевые слова: ADY