“Azərbaycan Dəmir Yolları” xərcləri optimallaşdırır

14:57 - 12.02.2018


12 fevral, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” (ADY) QSC  Bakı-Köçərli-Bakı sərnişin qatarının hərəkətinin dayandırılmasını elan etdi.

ADY-dan aldığımız məlumata əsasən, qatarın hərəkəti, fevralın 15-dən etibarən dayandırılır.

“Qatarın hərəkəti, QSC-in İdarə Heyətinin  29 yanvar 2018-ci il tarixli Qərarına əsasən, iqtisadi səmərəliliyin möhkəmləndirilməsi və xərclərin optimallaşdırılması məqsədi ilə dayandırılır”, - məlumatda belə deyilir.

 

 

 

Вся лента