BMW-nin xalis mənfəəti kəskin azalıb – 70 faiz

15:14 - 4.11.2020


4 noyabr, Fineko/abc.az. Almaniyanın BMW şirkətinin xalis mənfəəti kəskin azalıb.

ABC.AZ xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında şirkətin mənfəəti illik ifadədə təxminən 70% azalaraq 2,11 mlrd. avro olub.

Sözügedən dövrdə BMW şirkətinə məxsus "Mini" avtomobillərinin tədarükü 20% azalaraq 208,1 min avtomobil, "Rolls-Royce" tədarükü isə 28,5% azalaraq 2 651 ədədə düşüb.

Müəllif: Elmir Murad

 

Вся лента