330x110
 

Dörd bank üzrə kompensasiyaların verilməsi başa çatır – Açıqlama

04.11.2020,17:28


4 noyabr, Fineko/abc.az. Bağlanmış son 4 bank üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsi artıq yekunlaşmaq üzrədir.

ABC.AZ Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir ki, tam ödənilmə prosesi qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşdırılacaq.

"Qorunan əmanətlər üzrə iyunun 16-dan agent bank kimi seçilmiş "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın cəmi 8432 əmanətçilərinə 201 milyon manatdan çox (ümumi kompensasiya öhdəliyinin 74,4 %-i), iyunun 1-dən bu günə kimi isə agent bank olan "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın toplam 15212 əmanətçilərinə 358 milyon manatdan çox (ümumi kompensasiya öhdəliyinin 88,5 %-i) kompensasiya ödənişi həyata keçirilib.

Mart ayından ölkəmizdə pandemiyanın və hətta sərt karantin rejiminin hökm sürdüyü bir zamanda Fond və kompensasiyaların ödənilməsi prosesində iştirak edən agent bankların iş prinsiplərini nəzərə alsaq, Fondun yarandığı tarixdən və fəaliyyətdə olduğu müddət ərzində ilk dəfə qısa müddət ərzində ümumillikdə əmanətçilərin toplam 560 milyon manat kompensasiyalarının ödənişinin tam təmin olunması həyata keçirilib", - deyə məlumatda deyilir.