Daha bir yol yenidən quruldu – Yol IV texniki dərəcəyə uyğundur

12:14 - 5.11.2020


5 noyabr, Fineko/abc.az. Bir müddət əvvəl Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işlərinə start verilən Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 122-ci km-dən ayrılan Şəhriyar–Kələxana avtomobil yolunun tikintisi artıq yekunlaşıb.

AAYDA-dan ABC.AZ-a verilən məlumata görə, artıq 3 min nəfər əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən Şəhriyar–Kələxana avtomobil yolu tikinti layihəsinə uyğun olaraq əsaslı şəkildə yenidən qurularaq, 2 hərəkət zolaqlı olaraq IV texniki dərəcəyə uyğun təkmilləşdirilib.

 

Вся лента