330x110
 

23 669 əmanətçiyə 562 milyon manatdan çox kompensasiya ödəndi – 4 bank üzrə

06.11.2020,15:05


6 noyabr, Fineko/abc.az. Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış “AG Bank”, “Amrah Bank”, “NBC Bank” və “Ata Bank” üzrə noyabrın 5-nə 23 min 669 əmanətçiyə 562 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

ABC.AZ Əmanətlərin Sığortalanması Fonduna istinadla xəbər verir ki, bu il iyunun 16-dan noyabrın 5-dək ləğv prosesində olan “AG Bank” və “NBC Bank”ın əmanətçilərinə “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən 203,11 milyon manat kompensasiya ödənilib.

“AG Bank” üzrə 4392 əmanətçiyə 87,06 milyon manat, “NBC Bank” üzrə isə 4057 əmanətçiyə 116,04 milyon manatdan çox kompensasiya ödənilib. İyunun 1-dən noyabrın 5-dək “Kapital Bank” tərəfindən “Amrah Bank” və “Ata Bank”ın əmanətçilərinə 359,29 milyon manat kompensasiya ödənişi həyata keçirilib.

Hesabat dövründə “Amrah Bank” üzrə 5668 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 136,60 milyon manat, “Ata Bank” üzrə 9552 əmanətçiyə isə 222,69 milyon manat təşkil edib.