Dörd bank 23 min 708 əmanətçisinə bu qədər kompensasiya verib – Hesabat

15:41 - 10.11.2020


10 noyabr, Fineko/abc.az. Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 23 min 708 əmanətçiyə 566 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Fonddan ABC.AZ-a daxil olan məlumata görə, bu il iyunun 16-dan noyabrın 6-dək ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən 205,15 milyon manat kompensasiya ödənilib.

"AG Bank" üzrə 4403 əmanətçiyə 88,8 milyon manat, "NBC Bank" üzrə isə 4065 əmanətçiyə 116,35 milyon manatdan çox kompensasiya ödənilib.

İyunun 1-dən noyabrın 6-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 361 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Hesabat dövründə "Amrah Bank" üzrə 5673 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 137,43 milyon manat, "Ata Bank" üzrə 9567 əmanətçiyə isə 223,61 milyon manat təşkil edib.

 

Вся лента