330x110
 

Bağlanmış bankların əmanətçilərinə kompensasiya ödənişi davam edir – 571 milyon manat verilib

13.11.2020,12:16


13 noyabr, Fineko/abc.az. Noyabrın 12-nə Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış “AG Bank”, “Amrah Bank”, “NBC Bank” və “Ata Bank” üzrə 23 min 757 əmanətçiyə 571 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

ABC.AZ xəbər verir ki, bu il iyunun 16-dan noyabrın 12-dək ləğv prosesində olan “AG Bank” və “NBC Bank”ın əmanətçilərinə “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən 208,68 milyon manat kompensasiya ödənilib.

“AG Bank” üzrə 4420 əmanətçiyə 90 milyon manat, “NBC Bank” üzrə isə 4073 əmanətçiyə 118,61 milyon manatdan çox kompensasiya ödənilib.

İyunun 1-dən noyabrın 12-dək “Kapital Bank” tərəfindən “Amrah Bank” və “Ata Bank”ın əmanətçilərinə 362,5 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Hesabat dövründə “Amrah Bank” üzrə 5677 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 137,44 milyon manat, “Ata Bank” üzrə 9587 əmanətçiyə isə 225 milyon manat təşkil edib.