İctimai iaşə yerlərində qaydalara əməl olunmur – Agentlikdən açıqlama

16:13 - 13.11.2020


13 noyabr, Fineko/abc.az. İctimai iaşə yerlərindı qayda pozuntuları əsasən maskadan düzgün istifadə edilməməsi ilə bağlıdır.

ABC.AZ Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, ikinci məsələ sıxlıq normalarına və yaxın təmas vasitəsinə məhəl qoyulmamasıdır.

"İctimai iaşə müəssisələrində masalar arasında məsafənin 2 metr olması müəyyənləşib, amma bir çox məqamlarda buna əməl edilməməsi də müşahidə olunur. Bəzən də müştərilər bir masa arxasında məsafəyə riayət etmədən əyləşirlər. Aparılan monitorinq zamanı bu müəssisələrin rəhbərləri bəzən müxtəlif bəhanələr gətirirlər. Amma düşünməlidirlər ki, bu nəzarətlərə əməl etməmələri digər insanların yoluxmasına səbəb ola bilər. Eyni zamanda dezinfeksiya məhlullarından düzgün istifadə edilməməsi halları ilə qarşılaşırıq.  Bəzən görürük ki, bir cür yuyucu dezinfeksiya məhlulu ilə həm daha çox çirklənən ərazi təmizlənir, həm inventarların dezinfeksiyası həyata keçirilir, həm işçilər əllərini bununla dezinfeksiya edir. Bu da düzgün deyil. Əslində hər bir səth üzrə müəyyən dezinfeksiya vasitələri var” - deyə Agentlikdən bildirilib.

 

Вся лента