TANAP qaz kəmərinin işə salınması iyul ayında baş tutacaq

15.02.2018,15:41


15 fevral, Fineko/abc.az. Bakıda “Cənub Qaz Dəhlizi” layihəsi üzrə Məşvərət Şurasının 4-cü iclası keçirilib.

İclasda Türkiyənin enerji və təbii Sərvətlər Naziri Berat Albayrak bildirib ki,  Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) istismara verilməsi 2018-ci ilin iyul ayında həyata keçiriləcək.

Azərbaycan prezidenti İlham Əliyevlə daha öncə keçirilmiş görüş zamanı Türkiyəli nazir bildirmişdir ki, 2018-ci ilin yanvar ayında TANAP boru kəmərinin sınaqdan keçirilməsi prosesi başlanacaq.

TANAP üzrə Azərbaycan qazının Türkiyəyə tədarük edilməsi 2018-ci ilin sonundan başlanacaq.

Birinci il  Türkiyəyə qaz tədarükünün həcmi 2 milyard kubmetr, ikinci il  4 milyard kubmetr, üçüncü il isə 6 milyard kubmetr təşkil edəcək.

 

Ключевые слова: TANAP