330x110
 

Bağlanmış bankların əmanətlərindən nə xəbər? – Kompensasiyalarla bağlı açıqlama

19.11.2020,12:35


19 noyabr, Fineko/abc.az. Noyabrın 18-nə Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 23 min 807 əmanətçiyə 579,58 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

ABC.AZ Əmanətlərin Sığortalanması Fonduna istinadla xəbər verir ki, bu il iyunun 16-dan noyabrın 18-dək ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən 208,96 milyon manat kompensasiya ödənilib.

"AG Bank" üzrə 4446 əmanətçiyə 90,16 milyon manat, "NBC Bank" üzrə isə 4084 əmanətçiyə 118,79 milyon manatdan çox kompensasiya ödənilib.

İyunun 1-dən noyabrın 18-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 370,62 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Hesabat dövründə "Amrah Bank" üzrə 5683 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 137,99 milyon manat, "Ata Bank" üzrə 9594 əmanətçiyə isə 232,62 milyon manat təşkil edib.