Rövnəq Abdullayev: Yeni Əsrin müqaviləsinin Azərbaycan üçün əlverişli şərtlərə imzalanması ölkənin iqtisadi gücünü sübut edir

12.10.2017,12:35


Bu gün Bakıda  “Argus Azərbaycan Beynəlxalq Neft Sammiti – 2017” öz işinə başladı.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin(SOCAR)  prezidenti Rövnəq Abdullayev sammitin gedişatında bildirdi ki, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə  Yeni Əsrin müqaviləsinin Azərbaycan üçün əlverişli şərtlərə  imzalanması  ölkənin iqtisadi gücü haqqında xəbər verir.

“Birinci Əsrin müqaviləsinin imzalanması zamanı, 1994-cü ildə, bu blokun ehtiyatları 510 milyon tonla qiymətləndirilirdi. 1997-ci ildən, yəni 20 il ərzində AÇG-də hasilat işləri aparılır və müəyyən edilmişdir ki, yataqda hələ 550 milyon tona qədər  hasil olunmamış neft var”, - R.Abdullayev belə dedi.

Azərbaycan qazının Avropaya Cənub dəhlizi vasitəsi ilə çatdırılması haqqında, SOCAR-ın prezidenti bildirib ki, bütün seqmentlər üzrə layihə çərçivəsində işlər  təyin edilmiş qrafik üzrə gedir.

 

Ключевые слова: SOCAR ARGUS