330x100
 

Qara metalların ixracı azalıb – 10 ayın hesabatı

20.11.2020,15:31


20 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında ölkədən 65,5 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 42,9 milyon dollar olub.

Müqayisə üçün qeyd edək ki, ötən ilin on ayında 50,8 milyon dollarlıq 85 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.

Müəllif: Elmir Murad