Kompensasiyalar ödənməkdə davam edir – 23 min 819 əmanətçinin pulu qaytarılıb

15:52 - 20.11.2020


20 noyabr, Fineko/abc.az. Noyabrın 19-na Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 23 min 819 əmanətçiyə 580,24 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

ABC.AZ Əmanətlərin Sığortalanması Fonduna istinadla xəbər verir ki, bu il iyunun 16-dan noyabrın 19-dək ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən 209,54 milyon manat kompensasiya ödənilib.

"AG Bank" üzrə 4450 əmanətçiyə 90,2 milyon manat, "NBC Bank" üzrə isə 4087 əmanətçiyə 119,33 milyon manatdan çox kompensasiya ödənilib. İyunun 1-dən noyabrın 19-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 370,69 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib. Hesabat dövründə "Amrah Bank" üzrə 5684 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 137,99 milyon manat, "Ata Bank" üzrə 9598 əmanətçiyə isə 232,7 milyon manat təşkil edib.

 

Вся лента