Azərbaycanın dövlət büdcəsi yanvar ayında artıqlıqla icra edilib

11:48 - 16.02.2018


16 fevral, Fineko/abc.az. Azərbaycanın dövlət büdcəsi yanvar ayında artıqlıqla icra edilib.

Maliyyə Nazirliyinin verdiyi operativ məlumatlara əsasən, dövlət büdcəsinin gəlirləri yanvar ayında 1 393,1 mln. manat, xərcləri isə 976,5 mln. manat təşkil edib.

Beləliklə, yanvarda ölkənin dövlət büdcəsi 416,6 mln. manatlıq artıqlıqla icra edilib ki, bu da ölkə ÜDM-in 6,9% təşkil edib.

 

Вся лента