2016-cı ildən etibarən Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 2,87 milyard barel neft nəql edilib

13:12 - 16.02.2018


16 fevral, Fineko/abc.az. 2017-ci ildə BTC Co. şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə 162 milyon dollar xərcləyib.

“BP-Azerbaijan” şirkətindən verilən məlumata əsasən,  il ərzində əməliyyat xərclərinə  133 milyon dollar, əsaslı xərclərə isə 29 milyon dollar xərclənmişdir.

“2006-cı ilin iyun ayından 2017-ci ilin sonuna qədər  BTC ilə ümümilikdə 383 milyon tondan artıq (təxminən 2,87 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 3758 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir. 2017-ci il ərzində isə BTC vasitəsilə təqribən 24 milyon ton (256 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 333 tankerə yüklənib”, - məlumatda belə deyilir.

BTC Co.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); Eni (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.

 

Вся лента