Azərbaycanda Bakı - Böyük Kəsik dəmir yolunun 458 km sahəsi təmir edildi

13:16 - 16.02.2018


16 fevral, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” (ADY) QSC  Bakı - Böyük Kəsik yolunun əsaslı təmirini həyata keçirməyi davam edir.

ADY-nın məlumatına əsasən, bu gündən etibarən  dəmir yolunun Alabaşlı stansiyasında 11 kilometr  sahəsinin, Soyuq Bulaq və Gəncə-Alabaşlı sahəsinin əsaslı təmiri başlanıb.

 “Həmin sahənin təmiri 10 gün davam edəcək”, - ADY-nın məlumatında belə deyilir.

14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanmışdır.

Bu günə kimi  2-ci mərhələ çərçivəsində 458 km dəmir yolu əsaslı təmir olunub.

 

 

 

Вся лента