Neft ucuzlaşır, Brent bir barelə $47,55 təşkil edir

09:48 - 30.11.2020


30 noyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri bazar ertəsi ticarət zamanı azalır.

9:21-də London ICE Futures birjasında Brent-in yanvar fyuçersinin qiyməti bir barelə $0,63 (1,31%), $47,55-ə düşüb. 27 noyabrda keçirilən ticarətin nəticələrinə görə, yanvar ayı üçün fyuçers $0,38 (0,8%), bir barelə $48,18 qiymətinə yüksəldi.

9: 21-də, Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin yanvar ayına olan fyuçersi $0,59 (1,30%) – bir barelə $44,94 qiymətinə düşüb. Noyabrın 27-də hərracların nəticələrinə görə, WTI-nin yanvar ayına olan fyuçersi $0,28 (0,6%), bir barelə $45,53 qədər düşüb.

 

Вся лента