Qeyri-rezidentlər Azərbaycan banklarından əmanətlərini çıxardır – 1,5 dəfə azalma

10:25 - 30.11.2020


30 noyabr, Fineko/abc.az. Fiziki şəxs olan qeyri-rezidentlər Azərbaycan banklarındakı əmanətlərini geri götürürlər.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, 2020-ci ilin 10 ayı ərzində Azərbaycan banklarındakı fiziki şəxs olan qeyri-rezidentlərin cəmi əmanətləri 281 milyon 800 min manat təşkil edib.

Müqayisə üçün qeyd edək ki, ötən ilin sonunda qeyri - rezidentlərin cəmi əmanətləri 434 milyon 200 min manat olmuşdu. Bu isə o deməkdir ki, bu ilin 10 ayında qeyri-rezidentlər 1,5 dəfə azalıb.

Müəllif: Elmir Murad

 

Вся лента