Dəmir yolu ilə ixrac və idxal olunan yüklərin həcmi açıqlanıb

10:38 - 30.11.2020


30 noyabr, Fineko/abc.az. Oktyabrda dəmir yolu nəqliyyatı ilə ümumilikdə 679 min 835 ton yük daşınıb.

Dövlət Gömrük Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, bu yüklərin dəyəri 235,7 milyon ABŞ dolları olub.

Ötən ay dəmir yolu nəqliyyatı ilə ixrac olunan 208 min 562 ton yükün dəyəri 46,7 milyon dollar təşkil edib.

Eyni dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 471 min 272 ton, dəyəri isə 189 milyon dollar olub.

Müəllif: Elmir Murad

 

Вся лента