MİDA evləri daha çox bu yolla satıb – Detallar

12:08 - 30.11.2020


30 noyabr, Fineko/abc.az. MİDA-nın xətti ilə satılan evlərin 70%-i İpoteka və Kredit Zəmanət Fondunun ayırdığı kreditlərin hesabına satılıb.

ABC.AZ xəbər verir ki, bunu onlayn görüşdə İpoteka və Kredit Zəmanət Fondunun sədr müavini Rəhman Hümmətov bildirib.

Hazırda Fondun funksiyalarının iki istiqamətə yönəldiyini qeyd edən R.Hümmətov  bildirib ki, bunlardan biri əhalinin yaşayış sahəsi ilə təmin edilməsidir.

"Bu istiqamətdə kirayə üsulu ilə satış, ipoteka kreditlərinin verilməsi və MİDA-nın xətti ilə mənzillərin satışıdır. İkinci istiqamət isə sahibkarlıq subyektlərinə zəmanət və subsidiyaların verilməsidir. Təkcə ötən ay 60 milyon manatlıq zəmanət və subsidiya verilib" deyə R.Hümmətov bildirib.

 

Вся лента