“Metrovaqonmaş” Bakı metrosu üçün daha iki qatar tədarük edəcək

10:35 - 19.02.2018


19 fevral, Fineko/abc.az. “Metrovaqonmaş” ASC  (“Transmaşholdinq” QSC-in tərkibinə daxildir)  və “Bakı metropoliteni” QSC  Azərbaycanın paytaxtına 81-765/766 modeldə iki beşvaqonlu qatarın tədarükünə dair müqavilə bağladılar.

“Metrovaqonmaş”ın məlumatında deyildiyi kimi, müqavilə,  “Metrovaqonmaş” ASC-in baş direktoru  Boris Boqatıryov və   “Bakı metropoliteni” QSC-in sədri Zaur Hüseynov tərəfindən imzalanıb.

“Bakıya yeni vaqonların tədarükü cari ilin mart ayına planlaşdırılır. Müqavilənin icrası 2018-ci ildə tamamlanmalıdır”, - məlumatda belə deyilir.

Məlumatda həmçinin deyilir ki, 81-765/766 seriyalı vaqonlar, Moskva metropoliteninin ehtiyacları üçün,  2017-ci ilin əvvəlindən Mıtişşi zavodu tərəfindən “Moskva” adı ilə buraxılır.

Bakı sifarişindən fərqli olaraq, Rusiya paytaxtına altı və səkkizvaqonlu qatarlar tədarük edilir, hər birinə isə  81-767 modelli mühərriksiz aralıq vaqonları daxildir (altıvaqonlu qatarlara – bir, səkkizvaqonlu qatarlara isə - iki vaqon).

Zavod, 1967-ci ildən etibarən Azərbaycan paytaxtına vaqonlar tədarük edir. Bakı Metropolitenində hazırda Mıtişşi zavodunun istehsalı olan 280 metro qatarı fəaliyyət göstərir.

Mıtişşi zavodunun metro qatarlarının Azərbaycana daha öncəki tədarükü 2015-ci ildə həyata keçirilmişdir. Həmin vaxt,  “Metrovaqonmaş” ASC  “Alstom” şirkəti ilə birgə Bakı metropoliteninə  81-760.Б/761.Б/763.Б modelli üç ədəd beşvaqonlu qatar tədarük etmişdir.

 

 

Вся лента