Azad olunmuş kəndlərdə yeni yollar çəkilir

16:18 - 30.11.2020


30 noyabr, Fineko/abc.az. İşğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpası işləri davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, ümumi uzunluğu 28.5 km olan avtomobil yolları 2 texniki dərəcəyə uyğun olaraq bərpa edilir.

2 geniş hərəkət zolağından ibarət olacaq yolun asfalt-beton örtüyünün eni 9 metr təşkil edəcək. Artıq yolun Tərtər şəhərindən

Suqovuşan kəndinə qədər olan 21 km hissəsində torpaq yatağının və yol əsasının inşası işləri yekunlaşmaq üzrədir. Yol asfaltlanmaq üçün hazır vəziyyətə gətirilir. Bundan başqa hazırda Suqovuşandan Talış kəndinə doğru uzanan 7.5 km-lik yolun da tikintisi işlərinə start verilib.

 

Вся лента