Azərbaycanda arıçılara subsidiyalar veriləcək

10:37 - 19.02.2018


19 fevral, Fineko/abc.az. Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi arıçıların fəaliyyətini dəstəkləmək üçün təkliflər hazırlayıb.

Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov deyib ki,  təkliflər, kənd təsərrüfatının sözügedən növünə subsidiyanın verilməsini  nəzərdə tutur.

“Artıq qurumlararası razılaşmadan keçmiş və yaxın günlərdə Prezident Administrasiyasına təqdim olunacaq təkliflər, hər bir arı yeşiyinə görə ildə 10 manat subsidiyanın verilməsini nəzərdə tutur”, - nazir belə deyib.

Onun sözlərinə görə, dünya bazarında Azərbaycan balına  tələbat 15-20% təşkil  edir.

 

Вся лента