Azərbaycandan ən çox məhsul ixrac etdiyi ispandilli ölkələr – Siyahı

16:41 - 30.11.2020


30 noyabr, Fineko/abc.az. Azərbaycanın ən çox məhsul idxal etdiyi ispandilli ölkələr sırasında ilk üçlükdə İspaniya, Meksika və Ekvador qərarlaşıb.

ABC.AZ-ın məlumatına görə,  cari ildə İspaniyadan idxalın dəyəri 69,6 milyon dollar, Meksikadan 43,5 milyon dollar, Ekvadordan isə 33,1 milyon dollar təşkil edib.

Meksikadan idxal əməliyyatlarının dəyəri azalıb, İspaniya və Ekvadordan artıb. On ayda Azərbaycandan ən çox məhsul ixrac edilən ispandilli ölkələr İspaniya, Argentina və Kolumbiya olub. İspaniyaya ixracın dəyəri 328,4 milyon dollar, Argentinaya 3,5 milyon dollar, Kolumbiyaya isə cüzi olub. İspaniyaya məhsul ixracı azalıb, Argentinaya isə çoxalıb.

 

Вся лента