Azərbaycan İƏT ölkələrindən daha çox hansına məhsul satıb? – Siyahı

16:56 - 30.11.2020


30 noyabr, Fineko/abc.az. Yanvar-oktyabr aylarında Azərbaycanın ən çox məhsul ixrac etdiyi İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri sırasında ilk üçlüyü Türkiyə, Tunis və Malayziya tutub.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə Türkiyəyə ixracın dəyəri 2 milyard 319,7 milyon dollar, Tunisə 293,5 milyon dollar, Malayziyaya isə 60,5 milyon dollar olub.

Müqayisə üçün qeyd edək ko, ötən ilin müvafiq dövrünə nisbətən hər 3 ölkəyə məhsul ixracında artım müşahidə edilib.

 

Вся лента