Ləğv edilmiş “DəmirBank”ın əmanətçilərinə 38 milyon manat məbləğində kompensasiya ödənilib

10:38 - 19.02.2018


19 fevral, Fineko/abc.az. Azərbaycanda ləğv edilmiş “DəmirBank” bankının əmanətçiləri  38 milyon manatdan artıq kompensasiya aldılar.

Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan (AƏSF) xəbər verildi ki, kompensasiyalar fevralın 1-dən 17-nə qədər əmanətçilərə verilmişdir.

“Kapital Bank”ın filialları vasitəsilə  kompensasiyaların verilməsi il ərzində həyata keçiriləcək”, - məlumatda belə deyilir.

 

Вся лента