PAŞA Bank Azərbaycan bazarında ilk dəfə olaraq sindikatlaşdırılmış kreditin ayrılmasını təşkil etmişdir

19.02.2018,10:47


Azərbaycanın ən iri banklarından biri PAŞA Bank öz müştərisi üçün sindikatlaşdırılmış kreditin cəlb edilməsinin əsas təşkilatçısı qismində çıxış etmişdir.

Krediti alan tərəf isə səhmləri London birjasinda ticarət olunan Anglo Asian Mining Plc şirkətinin Hasilatın Pay Bölgüsü Haqqında Sazişinə əsasən Azərbaycan ərazisində qızıl, gümüş və mis kimi əlvan metalların hasilatı və istehsalı ilə məşğul olan törəmə müəssisəsi və eyni zamanda ölkəmizin qeyri-neft sektorunda ən böyük qeyri-hökumət ixracatçısı Azerbaijan International Mining Company Limited şirkəti olmuşdur.

Bu kredit Azərbaycan bazarında təşkil edilmiş ilk sindikatlaşdırılmış kredit olmuşdur. PAŞA Bankın İdarə heyətinin sədri Taleh Kazımovun sözlərinə görə Azərbaycanın aparıcı korporativ bankı olaraq biznes tərəfdaşlarımızın bankımıza olan inamı və onlara göstərdiyimiz dəstəyə və xidmətlərimizə hər zaman güvəni bizim üçün çox önəmlidir.

“PAŞA Bankın maliyyə stabilliyini və kredit bazarındakı geniş təcrübəsini nəzərə alaraq biz əlverişli bazar şərtləri ilə müştərimizin maliyyələşdirilməsini təşkil etdik. Ümumilikdə isə regiondakı makroiqtisadi çağırışlar fonunda yerli bazarda fəaliyyət göstərən şirkət üçün bu növ krediti almaq Bankımıza olan böyük etimadının göstəricisi və bütün bazar üçün isə müsbət bir əlamətdir”, - deyə T. Kazımov fikrini tamamladı.

Qeyd edək ki, $13.5 milyon həcmində kredit 2 illik müddətə illik faiz dərəcəsi 7% olmaqla ayrılmışdır. Sindikatlaşdırılmış kredit qismində ayrılmış maliyyə vəsaiti krediti alan təşkilatın xarici və yerli kreditorlar qarşısındakı maliyyə öhdəliklərinin yenidən maliyyəşdirilməsi üçün sərf olunacaq.

 

Ключевые слова: PAŞA Bank