Banklararası ticarətdə dollar manat qarşısında ucuzlaşdı

10:48 - 19.02.2018


19 fevral, Fineko/abc.az. Bu gün banklararası ticarətdə dollar manat qarşısında 0,26% ucuzlaşıb.

“Bloomberg” terminalında dollar 1,6947 manatdan 1,6903 manata düşüb.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankın bu günə təyin etdiyi rəsmi məzənnəsi 1,7001 manat təşkil edir.

 

 

Вся лента