Özbəkistan iqtisadiyyat naziri Batır Hocayev bu gün Azərbaycanın iş adamlarını qəbul edəcək

11:34 - 19.02.2018


19 fevral, Fineko/abc.az. Bu gün Azərbaycanın iş adamlarından ibarət nümayəndə heyəti Özbəkistana səfər edəcək. 

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının məlumatında deyilir ki, nümayəndə heyətinə Konfederasiyanın prezidenti Məmməd Musayev başçılıq edəcək.

«Səfər çərçivəsində nümayəndə heyətinin Özbəkistan iqtisadiyyat naziri Batır Hocayevlə və bir sıra rəsmi şəxslərlə görüşləri, həmçinin Daşkənd və Səmərqənd şəhərlərində yerli sahibkarlarla görüş gözlənilir”, - məlumatda belə deyilir.

Səfər çərçivəsində həmçinin  Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Özbəkistan Respublikasının Ticarət və Sənaye Palatası arasında anlaşma memorandumunun imzalanması gözlənilir.

 

Вся лента